Bakı Sağlamlıq Mərkəzində "Müasir Ginekologiyanın Ultrasəsdə Dəyərləndirilməsi” adlı seminar baş tutdu.

Bakı Sağlamlıq Mərkəzində "Müasir Ginekologiyanın Ultrasəsdə Dəyərləndirilməsi” adlı seminar baş tutdu. Mərkəzimizin baş həkimi Elxan Hacıyev, təhsil-təlim komitəsinin sədri t.ü.f.d. Vüsal Hacıyev ilə yanaşı bir çox mütəxəssis həkimlərimizin də iştirakı ilə baş tutan seminarda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Azərbaycan Tibb Universitetinin tələbəri iştirak edirdi. Açılışda Bakı Sağlamlıq Mərkəzimizin baş həkimi Elxan Hacıyev gənclərin ölkənin həyatında fəal iştirakı, eyni zamanda, fərdi inkişafı baxımından təhsilin əvəzolunmaz rola malik olduğunu diqqətə çatdırıb. Gənclərin cəmiyyətin aparıcı təbəqəsi olduğunu vurğulayaraq, dünyagörüşlü, yüksəkixtisaslı kadrların ölkənin inkişafı və uğurlu gələcəyində mühüm rol oynadığını bildirib. Sonra Mərkəzimizin şüa diaqnostika üzrə həkimi Vüsalə Hacıyevanın spiker qismində çıxışı baş tutdu. Dr.Vüsalə Hacıyeva “Ultrasəsin aktuallığı”, “Elastrometriya”, “Kontrastlı USM”, “Endosonoqrafiya”, “Ultrasəsin diaqnostik xüsusiyyətləri”, “Uşaqlıq miomalarının USM-də FİGO klassifikasiyası ilə dəyərləndirilməsi” və “SİS (Saline infusione sonography) texnikası” kimi bir çox mövzuları əhatə edərək baş tutan seminarda müasir yanaşmalar haqqında müzakirələr apararaq, iştirakçılara günümüzdə bəzi xəstəliklərin aktuallığını, səbəbləri və müalicə üsulları haqqında verilən sualları cavablandırdı. Qeyd edək ki, Vüsalə Hacıyeva internatura təhsilini funksional diaqnostika üzrə almış və bu sahədə 18 illik təcrübəyə sahibdir. Seminarın sonunda gənclər yaradılan şərait və baş tutan marifləndirici tədbirlər üçün Bakı Sağlamlıq Mərkəzi rəhbərliyinə öz təşəkkürünü bildirib. Gənc həmkarlarımıza uğurlar və müvəffəqiyyətlər arzru edirik. ICAMS Geniş müzakirə və sual-cavab sessiyası ilə yekunlaşan seminardan görüntüləri Sizlərə təqdim edirik.

Diqər xəbərlər